"Bio Garden" rəhbəri: "Turistlər üçün burada hər cür şərait yaradılıb" | FOTO / VİDEO

   "Bio Garden" rəhbəri:    "Turistlər üçün burada hər cür şərait yaradılıb" |  FOTO / VİDEO
  02 Dekabr 2025    Oxunub:1037
"Azərbaycan vətəndaşları 5 manat, xarici vətəndaşlar isə 10 manat ödənişlə Şəki rayonunda fəaliyyət göstərən "Bio Garden" aqro ekoturizm məkanını ziyarət edə bilərlər".
Bu barədə "Bio Garden" təsərrüfatının rəhbəri Etibar Nuriyev rayonun qış turizm potensialı ilə tanışlıq mövzusunda təşkil olunan media-turda məlumat verib. O söyləyib ki, turistlər göstərilən ödəniş əsasında 8 hektar ərazini 3 saat ərzində gəzə bilərlər:

"Təsərrüfatımızda turistlərin özlərini rahat hiss etmələri üçün hər cür şərait yaradılıb. Burada onlar meyvələri, habelə hazırladığımız digər məhsulları dada, onları ala bilərlər. Sahəmizdə balıq tutulması, toyuq kəsilməsi və s. istiqamətlərdə də ustad dərsləri keçirilir".

Etibar Nuriyevin sözlərinə görə, təsərrüfatın ərazisində kafe və restoran, habelə azyaşlı uşaqların əylənmələri üçün attraksionlar fəaliyyət göstərir.



AzVision.az


Teqlər: Şəki   turizm   Bio-Garden  



Xəbər lenti